Usubov görüş keçirəcək

usubov-gorus-kecirecek
Oxunma sayı: 730

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov  aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək. 

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq.

Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.