Üşüməsinlər deyə geyimlərini uşaqlara verdilər - Video

usumesinler-deye-geyimlerini-usaqlara-verdiler
Oxunma sayı: 2458

Ötən gün UEFA Millətlər Liqasında keçirilən Türkiyə-İslandiya matçından əvvəl maraqlı anlar yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, türkiyəli futbolçular Merih Demiral, Kənan Yıldız və Ferdi Kadıoğlu öz üst geyimlərini üşüməsinlər deyə islandiyalı uşaqlara verib.

Bundan sonra Türkiyə millisinin digər futbolçuları da bunu təkrarlayıb. 

Onların bu hərəkəti təqdir edilib.

Qeyd edək ki, UEFA Millətlər Liqasında İslandiya ilə keçirilən matç Türkiyənin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Sözügedən görüntüləri təqdim edirik: