“Utanmadan istirahətdən foto paylaşıb qıcıq yaradırlar”

utanmadan-istirahetden-foto-paylasib-qiciq-yaradirlar
Oxunma sayı: 4197

“Rayonlara hansısa yollarla gedirlər, amma ifşa olunurlar. Mən ailəmlə evdə otururamsa, hamı belə etməlidir. Karantin hamıya tətbiq olunmalıdır. Gizlin gedib istirahət edirlər, utanmadan paylaşırlar və evdə oturanlarda da qıcıq yaradırlar”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “5-də 5” proqramında qeyd edib. Sənətçi karantin qaydalarını pozan şəxsləri tənqid edib. İfaçı bildirib ki, gün ərzində yalnız marketə getmək üçün evdən bayıra çıxır:

“Bütün günü evdə otururam. Gündə bir dəfə 15 dəqiqəlik marketə gedib-qayıdıram. Üç oğlum var, həyətə düşmək, oynamaq, dənizə, istirahətə getmək istəyirlər. Amma qoymuram. Şükür ki, hələ borca pul götürməmişəm. Hamımız bilirik ki, martın 14-dən indiyənə kimi bir manat pul qazanmamışam”.