“Radikal islamçılar utanmadan SOCAR-a etiraz edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri tanınmış türkiyəli jurnalist Fatih Altaylı deyib.
O bildirib ki, SOCAR-la İsrailin əlaqələri uzun illərdir mövcuddur: “Radikal islamçıların SOCAR-a etiraz etməsinin səbəbi, şirkətin İsrailə neft satmasıdır. Bu, zatən gizli bir məlumat deyil. Onların anlaşması illərdir var. Bütün dünya Azərbaycanın əleyhinə olduğu halda, İsrail erməni məsələsində Azərbaycanın tərəfini tutdu. O zaman Azərbaycanın yanında duran 2 ölkə var idi, biri Türkiyə, digəri İsrail”.
Ətraflı videoda:
Son xəbərlər
Son Xəbərlər