Çinin Uxan şəhər sakinlərinə koronavirusun yayılması səbəbindən şəhəri tərk etmək müvəqqəti olaraq qadağan edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çin hökuməti avtobus və metronun, şəhərlərarası qatarların və təyyarələrin işini də dayandırıb. Şəhərin müvəqqəti qadağadan çıxacağı tarix açıqlanmır.
Qeyd edək ki, Hubey əyalətində yerləşən Uxanda 11 milyon insan yaşayır. Şəhərdə meydana çıxan koronavirus tezliklə digər şəhərlərə, hətta ölkələrə yayılıb.
Son xəbərlər
Son Xəbərlər