“Uyğun şərtlər olarsa dialoqa hazırıq” - Qətər

uygun-sertler-olarsa-dialoqa-haziriq
Oxunma sayı: 750

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni “Qətər böhranı”nın həlli üçün dialoqa hazır olduqlarını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Təni bunun üçün uyğun şərtlərin olmasının vacibliyini qeyd edib:

“Körfəz ölkələrinin hazırladığı 13 maddəlik tələb siyahısının terrorizmlə əlaqəsi yoxdur. Həmin maddələr Qətərin suverenliyini məhdudlaşdırdığı üçün onları rədd etmişik. Əgər uyğun şərtlər olarsa dialoqa girə bilərik”, - deyə nazir söyləyib.

Xatırladaq ki, 13 maddəlik siyahıda Qətərin İsraillə əlaqəsini kəsməsi, “Əl-Cəzirə” kanalının və Türkiyənin Qətərdəki hərbi bazasının bağladılması və s. şərtlər qoyulmuşdu.

Səudiyyə Ərəbistanı başda olmaqla Qətərlə diplomatik əlaqələrini kəsən 9 ölkə tələblərin qəbulu üçün 3 iyula qədər vaxt verib.