“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, üz iflici keçirən sənətçiyə həkimlər bu vəziyyətin müvəqqəti olduğunu açıqlasalar da, artıq Ferdi Tayfur danışmaqda çətinlik çəkməyə başlayıb.
Fiziki müalicəsi davam edən Tayfur bir tərəfdən də danışması üçün terapiyaya başlayıb. Yaşadığı sağlamlıq problemləri səbəbiylə heç kimlə görüşmək istəməyən Tayfurun ilin altı ayını İstanbul, altı ayını da Marmarada keçirdiyi məlum olub. Sənətçinin müalicəsinə 36 illik nikahlı həyat yoldaşı, qızının anası Zeliha Turan Bayburt nəzarət edir.
Son xəbərlər
Son Xəbərlər