Uzaq Şərqdə müharibə təhlükəsi

uzaq-serqde-muharibe-tehlukesi
Oxunma sayı: 1958

Şimali Koreya çərşənbə günü səhər saatlarında Vonsan şəhərinin şərq sahilindən iki orta mənzilli, ehtimala görə "Musudan" ballistik raketinin buraxılışını həyata keçirib.

QafqazinfoAnspress-ə istinadən xəbər verir ki, ikinci raketin buraxılışını Cənubi Koreya uğursuz kimi qiymətləndirib. ABŞ-ın strateji komandanlığı raketlərin 400 kilometr uçduqdan sonra Yapon dənizinə düşməsini izləyib. Agentlik qeyd edir ki, raketlərin buraxılışı Şimali Amerika üçün təhlükə kəsb etməyib.

"Musudan" ballistik raket sistemi orta mənzilli hədəfləri məhv etmək üçün Şimali Koreya Ordusunun sahib olduğu silahdır. Raketlərin uçuş trayektoriyası 3000-4000 kilometrə qədər çatır. Bəzi mənbələrdə Koreanın 200 ədəd "Musudan"a sahib olduğu bildirilir.

Mütəxəssislər bu insidenti müsbət hal kimi qiymətləndirməyib. Onların fikrinə görə, Şimali Koreya raketlərdəki texniki nasazlıqlardan artıq xəbərdardır, bundan sonra da onları aradan qaldırmağa çalışacaq. Silahdan hansı məqsədlə atəş açıldığı və insidentin digər təfərrüatları haqqında hələlik dəqiq məlumat yoxdur.