Uzaqda donuzotaran erməni...

uzaqda-donuzotaran-ermeni
Oxunma sayı: 2292

Xuraman Hüseynzadə


Mediada planetin tərk edilmiş yerlərilə bağlı materiallar dərc olundu. Ekoloji problemlərin, iqtisadi inkişafın ləngliyinin, müharibələrin və s. insanları öz yurd-yuvasından didərgin etməsi nəticəsində həmin ərazilər yiyəsiz, kimsəsiz qalıb.

Qorxunc və vahiməli olan bu yerlər həm də maraq doğurur. Çində sualtı şəhər olan Şiçen, Poveqliya adası, Transartik magistralı, kabuslar şəhəri Kolmanskop, San-Dji, Yaponiyadakı Haşima adası, Çernobıl Atom Elektrik Stansiyasından 3 km məsafədə yerləşən Pripat rayonu, Varoşa və başqa yerlər bu gün tarixə planetin insanlar tərəfindən tərkedilmiş yerləri-kimsəsizlik zolağı kimi düşüb...

Paralel olaraq Ağdamın və Şuşanın da analoji görüntüləri yayıldı. Əcnəbi jurnalistlər son ümid yerimizə çevrilib. Gözləyirik ki, haçan oralardan bir-iki foto çəkib bizə göstərəcəklər. Vaxtilə ayağımız dəyən yerlərə onların sayəsində təkcə gözlərimiz seyrçi olur...

Ağdam və Şuşa işğal olunmuş ərazilərdən çox tərk edilmiş yerlərə bənzəyirdi. Uçuq-sökük qəbirstanlıq, 20 ildən çoxdur insan nəfəsinə qızmayan, insan əlləri ilə oxşanmayan, becərilməyən bu yerlərdə yalquzaq tənhalığı duyulurdu. Uzaqda donuzotaran erməninin bu yerlərdə müvəqqəti sığındığı hiss olunurdu. İşğalçılar özlərini oralarda yad qonaq, qəriban kimi aparır. Qaynayıb-qarışmırlar, əlləri heç nəyə yatmır...

***

Erməni qızlar sosial şəbəkələrdə işğal olunmuş əraziərimizdəki, xüsusən Zəngilandakı əyləncələrini paylaşır. Həyatının çoxunu o yerlərdə keçirmiş, oraların hər daşına, çiçəyinə bələd olan bir ağbirçək nənə fotolara baxmış və sanki o qızların sevincini heç görməmişdi. Kövrələrək təkcə bu sözləri demişdi: “Mənim qərib, şəhid yurdum...”

Nədənsə planetin tərkedilmiş, neytral zonaları ilə bizim işğal olunmuş ərazilərimiz arasında bir doğmalıq görünür. Bütün işğal olunmuş ərazilər tərkedilmiş yerlərdir. Hamısında arzular qalır, ümidlər ölür, insan qanı axır...

Heç o uzaqda donuzotaran erməni də xoşbəxt deyil. Xoşbəxt olsaydı axıdılmış insan qanı üstündə yeriməz, uçuq-sökük, 22 il öncə yandırılmış evlərdə yaşamaz... hansısa əcnəbi jurnalist də onun bu miskin görkəmini fotokamera ilə gələcəyin yaddaşına köçürməzdi.

Tərkedilmiş yerlər insansızlığın işğal etdiyi məkanlardır...