Xəbər verdiyimiz kimi, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov dünən saat 12:00 radələrində növbəti dəfə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
“Qafqazinfo” moderator.az-a istinadən xəbər verir ki, danışmamaq haqqında iltizam verdiyini bildirən R.Səfərov məhz bu səbəbdən dindirilmə haqda açıqlama verməyib. Sabiq müstəntiq sadəcə yalançı üzəduranlardan biri ilə üzləşdiyini vurğulamaqla kifayətlənib: “Bildiyiniz kimi, istintaq prosesi ilə əlaqədar danışmamaqla bağlı iltizam vermişəm və bu səbəbdən də ətraflı danışa bilməyəcəm. Lakin media və ictimaiyyətin bu məsələyə olan diqqətini nəzərə alaraq, sadəcə bunu deyə bilərəm ki, dünənki istintaq zamanı növbəti üzə duranlardan biri qarşımda uşaq kimi, hönkür-hönkür ağladı”.
Son xəbərlər
Son Xəbərlər