Üzərindən yarım kilo marixuana çıxdı

uzerinden-yarim-kilo-marixuana-cixdi
Oxunma sayı: 1575

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, araşdırmalarla onun rayonun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu müəyyən edilib. 

Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

Murad Əhməd