Üzərinə beton piltə düşdü, öldü

uzerine-beton-pilte-dusdu-oldu
Oxunma sayı: 2865

Gəncə sakini ehtiyatsızlıq nəticəsində həyatını itirib.

“Qafqazinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü şəhər sakini Fuad Qurbanov evindəki hamamda söküntü işləri aparan zaman onun üzərinə beton piltə düşüb. Ağır bədən xəsarətləri alan F.Qurbanov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli