Üzərinə dəmir qapı düşən qadın xəstəxanaya yerləşdirildi

uzerine-demir-qapi-dusen-qadin-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1581

Qaxda 38 yaşlı qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə hadisə axşam saat 20:00 radələrində rayonun İlisu kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Səyalı Əhməd qızı Əfəndiyevanın üzərinə ehtiyatsızlıqdan dəmir qapı düşüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Əfəndiyeva Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı ona sol çiynin sınığı və başın alın nahiyəsinin kəsilmiş-cırılmış yarası dioqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.