Üzərinə taxta düşən şəxs öldü

uzerine-taxta-dusen-sexs-oldu
Oxunma sayı: 794


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 11-də Nərimanov rayonu Z.Bünydov prospektindəki taxta bazarında Füzuli rayon sakini Yaqub Məlikov özünə məxsus "Kamaz " markalı avtomobildən taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan üzərinə taxta düşüb və hadisə yerində ölüb.