Üzeyir Amerikanın məşhur şousunda - Video

uzeyir-amerikanin-meshur-sousunda
Oxunma sayı: 3393

Əslən Azərbaycandan olan sirk ustası Üzeyir Novruzov bu dəfə “America's Got Talent: The Champions” şousunda iştirak edib.  “Qafqazinfo” xəbər verir ki, o, NBC kanalında yayımlanan yarışmada maraqlı çıxışı ilə hər kəsi təəccübləndirib. 

Las-Veqasda yaşayan 42 yaşlı həmyerlimiz yarışmada Azərbaycanı təmsil etdiyini vurğulayıb. Üzeyirin çıxışı 4 münsif üzvü tərəfindən bəyənilib və o, növbəti mərhələdə iştirak hüququ əldə edib.