“Müdafiə Nazirliyinin verdiyi xəbərə mən tam inanmıram. Ola bilsin hadisənin şokunu yaşayan rəhbərlik tez-tələsik bu xəbərin verilməsini istəyib. Amma hərb elminə bələd olan, həmçinin döyüş keçmiş insanlar bilir ki, hücum edən tərəfin itkiləri daha çox olur, Düşmən ərazimizə “soxulmağa” cəhd edib və bizim əsgərlərin “sayıqlığı” nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Daha sonra isə MN qeyd edir ki, “şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib?!”.
Əgər bu əclaf, amansız və xain erməni hücuma keçirdisə, onun verdiyi itkilər ən azından neytral ərazidə qalmalı idi. Və bizim komandanlıq düşmənin hücumunu sübut fakti kimi o erməni əsgərlərinin meyitlərini nümayiş etdirməliydi. Səngərdə oturub düşmənin hücümunun qarşısını alan əsgərlərimizin itkisi bu qədər olmamalıydı. Döyüş postlarında duran əsgərlər arasında məsafə də o qədər yaxın deyil ki, deyək ki, düşmən qumbaraatandan, yaxud başqa silahdan istifadə edib və biz bu qədər şəhid vermişik. Mənə elə gəlir ki, faciə tamam başqa formada baş verib, ancaq bizim komandanlıq özünü bu faciədə sığortalamaq üçün bu məlumatı yayıb”.
Son xəbərlər
Son Xəbərlər