Üzeyir günü - Fotolar

uzeyir-gunu-
Oxunma sayı: 1341

Bu gün Azərbaycan Milli Musiqi Günü qeyd edilir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi adını daşıdığı Bakı Musiqi Akademiyasının qarşısında qeyd olunub.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhvələrdən danışıb:

“Hər şey Üzeyir bəylə başlayır, onunla da davam edir. 1921-ci ildə konservatoriyada Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan ənənələr bu gün də davam edir. Biz onun yolu ilə gedirik. Hazırda musiqi ifaçılarımız bütün Avropada çıxış edir, festivallarda və müsabiqələrdə uğurlar qazanırlar. Biz çox xoşbəxtik ki, belə bir dahi insan Azərbaycanda doğulub, burada yaşayıb və fəaliyyət göstərib”.

Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.