Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
“Qafqazinfo” nun məlumatına görə, Heydər Əliyev Fondunun və Mədəniyyət Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalın açılışı sentyabrın 18-də Heydər Əliyev Sarayında baş tutacaq.
Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Ü.Hacıbəyli adına Dövlət Simfonik orkestri-bədii rəhbər və baş dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının balet truppası, solistlər, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Musiqili teatrı iştirak edəcəklər.
Festival sentyabrın 28-i başa çatacaq.
Könül
Son xəbərlər
Son Xəbərlər