Üzgüçümüz Avropa çempionatının finalına yüksəldi

uzgucumuz-avropa-cempionatinin-finalina-yukseldi
Oxunma sayı: 1237

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə yenidən finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, iyulun 7-də təmsilçimiz 100 metr məsafəyə batterflyay üsulla üzmə yarışının təsnifat mərhələsində uğurla çıxış edib. Belə ki, idmançımız 54,11 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Təmsilçimiz iyulun 8-də medallar uğrunda mübarizə aparacaq.