Üzqırxan gelin içindən telefon çıxdı

uzqirxan-gelin-icinden-telefon-cixdi
Oxunma sayı: 1112


“Qafqazinfo” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilmiş şəxs Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilən, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.