“Üzüklərin hökmdarı” filminin aktyoru vəfat etdi

uzuklerin-hokmdari-filminin-aktyoru-vefat-etdi
Oxunma sayı: 1639

Məşhur britaniyalı aktyor İen Holm 88 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “The Guardian” xəbər verib.

Qeyd edilir ki, aktyorun ölümü Parkinson xəstəliyi ilə bağlı olub.

Holm geniş kütləyə “Beşinci element”, “Cəhənnəmdən” və s. filmlərdən, eləcə də Piter Ceksonun “Üzüklərin hökmdarı” və “Hobbit” adlı trilogiyalarından tanış idi.

Holm “BAFTA” və “Toni” mükafatlarının laureatı idi.

İen Holm, Brüs Uillis və Milla Yovoviç “Beşinci element” filmində