Sentyabrın 7-8-də Şamaxıda keçiriləcək Üçüncü Üzüm və Şərab Festivalına qeydiyyat başlayıb.
“Qafqazinfo” xəbər verir ki, festivala iTicket.az saytından qeydiyyatdan keçərək qoşulmaq olar.
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunacaq festivalda ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanışlıq imkanı qazanacaq, müxtəlif əyləncə və şou proqramlar təqdim olunacaq.
www.instagram.com/winefestofficial
www.facebook.com/winefestofficial