“Üzümə tüpürdülər” – Misirə buraxılmayan transgender

uzume-tupurduler-misire-buraxilmayan-transgender
Oxunma sayı: 3403

İtaliyalı səyahətçi Federika Mauriello Misir hava limanında sərhədçilərin aqressiyası ilə üzləşib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Napoli Today” yazıb.

Buna səbəb səyahətçinin transgender olması olub. Özünü əməliyyatla qadın edən Mauriellonun sənədlərində cinsinin kişi göstərilməsi onun və dostlarının saxlanılmasına gətirib çıxarıb.

“Bu insanlar, köməksiz olduğumu bilə-bilə, məni təhqir edirdi, üzümə tüpürürdü. Telefonumu əlimdən aldılar və qohumlarıma zəng etməyə icazə vermədilər. Bizi kriminal tiplərin olduğu kameraya tulladılar, nə su verirdirlər, nə də yemək”, - deyə nəşr 23 yaşlı Federikanın sözlərini sitat gətirib.  

Bir gündən sonra saxlanılanlar sərbəst buraxılıb. Ölkəyə səfər edə bilməyən transgender İtaliyaya qayıtmalı olub.  

Maurielionun vəkili ona Misir hökümətindən kompensasiya tələb etməyi məsləhət görüb.