Müğənni Səidə Sultan “Şourum” verilişində dediyi sözlərə aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, ifaçı bununla bağlı instaqram səhifəsində videomüraciət edib. O, proqramda Əməkdar artist Nigar Şabanova ilə bağlı açıqlamasının montaj olunduğunu deyib:
“Sual verdilər ki, dəflə oxuyan xanəndələrin estrada ifa etməsi uyğun gəlmir. Mən də cavab verdim ki, dəf dini bir alətdir? Camaat dəflə hind rəqsi oynayır. Orada Nigar Şabanovanın adını çəkdilər. Qayıtdım ki, dəflə ifa edən xanımlar məndən yaxşı maşın sürüb, yaxşı yaşayırlar. Dəfin buna nə dəxli var? Dəflə oxuyanda abırlı, dəfsiz abırsızsan? Sözü Nigara demədim, hələ təriflədim də... Dedim ki, ona dəfsiz oxumaq da yaraşır.
Maqazin verilişlərinə səslənirəm, məni çağırmayın. Sərt söz deyirəm, verə bilmirsinizsə, verməyin. Nigar mənə zəng edib ki, nə məsələdir. Qıza dediyim tərifi də verməyiblər. Nigarın haqqı var desin ki, sənə nə pisliyim dəyib? Sözümü verə bilmirsinizsə, çağırmayın. Mən sözümü muğam oxuyan o qızlara demişəm: uzun geyinir, əllərində dəf, məndən yaxşı yaşayırlar. Elə şeylər yaşayırlar ki, heç mən onun bir faizini yaşamamışam. Onlara dedim ki, abırdan danışırsınızsa, hərə öz yaşayışına baxsın. Nigar, səni tanıyıram, sənin haqqında elə söz demərəm”.
Son xəbərlər
Son Xəbərlər