“Uzun müddət hamilə qala bilmədim...” -

uzun-muddet-hamile-qala-bilmedim-
Oxunma sayı: 1230


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hamilə qalmadığı  dövrdən danışan futbolçunun həyat yoldaşı göz yaşı töküb:

“Yumurtalığımda şiş olduğu üçün uzun müddət hamilə qala bilmədim. Yoldaşıma körpə verə bilmədiyim üçün özümü o zaman faydasız hiss edirdim. O dövrdə atamın məzarının başında günlərlə ağladım. Yumurtalığımdan əməliyyat olduqdan qısa müddət sonra hamilə qaldım. 

İstanbula gələrkən hava limanında test etdim. Tualetdə hamilə olduğumu öyrənincə göz yaşlarına boğuldum. Hamiləlik dövründə kilo almaq mənim üçün problem deyil. Əhəmiyyətli olan körpəmin sağlam olmasıdır”.

Qeyd edək ki, oktyabrda ana olacaq Kabau övladlarının cinsiyyətini açıqlamasa da, Y hərfi ilə başlayan ad qoyacaqlarını bildirib. 

Könül

“Qafqazinfo”