Uzun müddətdir futbol oynamırdı, “Turan Tovuz” transfer etdi

uzun-muddetdir-futbol-oynamirdi-turan-tovuz-transfer-etdi
Oxunma sayı: 3477

“Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, uzun müddətdir futbol oynamayan yarımmüdafiəçi Budaq Nəsirovu heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb.

Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi “Turan”, “Sumqayıt”, “Araz Naxçıvan”, “Kəpəz”, “Sportinq B”-də (Portuqaliya) çıxış edib.

O, aşağı yaş qrupları üzrə milli komandalarımızla yanaşı, əsas yığmamızın da formasını geyinib.