Məlum oluğu kimi, bu gecə Azərbaycanda Qədr (əhya) gecəsi olub. Bakıda “Xanım Fatimeyi Zəhra” məscidində karantin rejiminin yumşaldılmasından sonra ilk dəfə bununla bağlı ibadət təşkil edilib.
Saat 00:00-da başlanan ibadət mərasimi həm məscidin içərisində, həm də həyətində bir neçə saat ərzində davam edib.
Qədr gecəsi Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Qeyd edək ki, pandemiya dövründə karantin rejimi ilə əlaqədar Azərbaycanda Qədr gecələri ilə bağlı mərasimlər onlayn qaydada təşkil edilirdi.
Xatırladaq ki, Yeni Günəşli qəsəbəsindəki “Xanım Fatimeyi Zəhra” məscidi bu ilin yanvarında əsaslı təmirdən sonra ziyarətçilərin ixtiyarına verilib.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın bugecəki mərasimdən çəkdiyi fotoları təqdim edirik:



















Son xəbərlər
Son Xəbərlər