“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi uzun müddət davam edə bilər”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, uzunmüddətli müharibəyə hazırlıq gedir.
“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik”, -deyə Şolts vurğulayıb.
Həmçinin, kansler Almaniyanın lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini də qeyd edib.
Son xəbərlər
Son Xəbərlər