“Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” səfərdə “Çaykur Rizespor”la 1-1 hesablı heç-heçə edib və vacib 2 xal itirib. Müdafiəçi Aurilyen Şedju “Çelsi” matçında olduğu kimi “Çaykur Rizespor”la oyunda da qol vurmağı bacarıb. 86-cı dəqiqəyə kimi hesabda öndə olan “Qalatasaray” Leonardın qoluna əngəl ola bilməyib. Bu nəticə ilə xallarını sayını 45-ə yüksəldən “Qalatasaray” “Fənərbaxça” ilə arasındakı xal fərqini də 6-ya qaldırıb.
İqbal
Son xəbərlər
Son Xəbərlər