Balakən dəmir yolu vağzalının dam örtüyü tam, Gəncə vağzalı isə əsaslı təmir edilib. Digər vağzallarda da yenidənqurma işlərinin aparılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AzərTAc-a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov məlumat verib.
Q.Nəzirov, həmçinin qeyd edib ki, Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri də görülüb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Son xəbərlər
Son Xəbərlər