Vahid Əhmədov bir video ilə məşhurlaşan İbrahimlə görüşdü - Foto

vahid-ehmedov-bir-video-ile-meshurlasan-ibrahimle-gorusdu
Oxunma sayı: 4342

Xarici turistlə ingilis dilində sərbəst danışığı ilə diqqət çəkən Qubanın Xınalıq kəndindən olan balaca İbrahim Bakıda deputat Vahid Əhmədovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, İbrahimin polşalı bloqerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi onu sözün əsl mənasında qəhrəmana çevirib.

Xınalıq kəndinə səyahət edən bloqer həmin videogörüntüləri internetdə paylaşdıqdan sonra İbrahim qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb.

İbrahim Zeynalovun 13 yaşı var. Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd tam orta məktəbinin VI sinifində təhsil alır.

Qeyd edək ki, görüşün sonunda deputat Vahid Əhmədov İbrahimə kompüter hədiyyə edib, ona gələcək təhsilində uğurlar arzulayıb.