Vahid Əlaqələndirmə Mərkəzi bu gündən fəaliyyətə başlayır

Vahid Əlaqələndirmə Mərkəzi bu gündən fəaliyyətə başlayır
Oxunma sayı: 2945

Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində bu gündən qəbula başlanılır.

"Qafqazinfo" xəbər verir ki, ilk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, bu müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər qeydiyyatda olduqları rayonlar üzrə qeyd edilən DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilərlər.

Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı "Əks göstəriş sertifikatı"na malik olduqda qəbul ediləcəklər.

Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.

Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.