Vahid Ələkbərov “LUKOYL-Azərbaycan”a yeni baş direktor təyin etdi

vahid-elekberov-lukoyl-azerbaycana-yeni-bas-direktor-teyin-etdi
Oxunma sayı: 5733

 "LUKOYL-Azərbaycan" şirkətinə yeni baş direktor təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, yeni direktor Zaur Cəlilovdur. O, bundan öncə LUKOIL Italia S.r.l. (Roma) şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.

Zaur Cəlilov yeni vəzifədə Aydar Abdullini əvəz edib. Öz növbəsində Abdullin isə "LUKOİL-Trans" MMC-yə baş mühəndis vəzifəsinə təyinat alıb.

Qeyd edilib ki, yeni təyinatlar “LUKOİL” PSC-nin şəxsi heyətin idarə olunması törəmə müəssisə rəhbərlərinin kadrların rotasiyası praktikasına əsasən aparılıb.

Xatırladaq ki, "LUKOYL" şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.