“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bunu LUKoyl-un prezidenti Vahid Ələkbərov baş nazir Dmitri Medvedyevin iri biznesin nümayəndələri ilə bu gün keçirdiyi görüş zamanı deyib.
Onun sözlərinə görə, bu avadanlıqların köməyi ilə Rusiya neftinin 25%-i istehsal olunur. “İkinci mövzu – neftin 25%-i plasta hidrodinamik təsirlər vasitəsilə istehsal olunur. Bunlar əsasən hidrodağıdıcılardır. Belə aqreqatlar isə ABŞ-dan başqa heç yerdə istehsal olunmur. Onlardan Rusiya ərazisində hazırda var, işləyir, ancaq onlara mütəmadi servis dəstəyi lazımdır. Bax, bu gün bu, ən incə yersir və neft sənayesinə ziyan vura bilər”, - deyə LUKoyl rəhbəri narahatlıqla bildirib.
Ələkbərov Rusiya ərazisində analoji avadanlıqların istehsalına çağırıb.
Son xəbərlər
Son Xəbərlər