“Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan “Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib. Gənc oğlan dostları ilə onu təqib edən polislə “əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu “Periscop”a yerləşdirib. İnsident barədə məlumat video “Youtube” kanalına qoyulandan sonra məlum olub.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisədən sonra gənclər polislər tərəfindən saxlanılıb.
Ruslan qərar verib ki, hadisənin necə baş verdiyini izləyicilərinə videoçəkilişlə izah etsin.
Onun sözlərinə görə, sükan arxasında əyləşən o, olmayıb: “İçkili olduğumdan dostumdan xahiş etdim ki, avtomobili idarə etsin. Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.
Qeyd edək ki, “Lukoyl” şirkətinin rəhbəri azərbaycanlı iş adamı Vahid Ələkbərovdur.
Ruslan Şamsuarov

Azat Şamsuarov

Son xəbərlər
Son Xəbərlər