“Prezident İlham Əliyevin Elektron hökümətlə bağlı imzaladığı fərman və sərəncamları fəaliyyətinin əsas aspektlərindən hesab edən “Azərişıq” ASC bu istiqamətdə ciddi işlər görüb və artıq sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi prosesində aparılan islahatlar öz bəhrəsini verməkdədir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirlər “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov və Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmlinin “Elektron hökümətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda 220 saylı yarımstansiyada keçirilən mətbuat konfransında səslənib.
Bildirilib ki, sahibkarlıq obyektinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət” və ASAN kommunal” vasitəsi ilə “Azərişıq” ASC-yə 2018-ci ilin əvvəlindən bu günə kimi 1000-ə yaxın müraciət daxil olub ki, onların da 500-dən çoxu məhz elektron qaydada edilib.
Sahibkarların “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə Səhmdar Cəmiyyətə müraciət etməsinə və xüsusən bunun elektron qaydada həyata keçirilməsnə “Azərişıq” ASC xüsusi olaraq maraqlıdır. Odur ki, 500-dən yuxarı sahibkarın elektrik şəbəkəsinə qoşulmaq üçün məhz elektron qaydanı seçməsi aparılan təbliğatın özünü doğrultmasının və eyni zamanda həyata keçirilən islahatların nəticə verməsinin göstəricisidir.
Nəzərə çatdırılıb ki, son aylarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün köklü şəkildə yeniliklər edilib.
Eyni zamanda elektrik şəbəkəsinə qoşulmaq üçün vahid pəncərə sistemi üzrə prosudurlar 7-dən 3-ə salınıb, ən əsası isə şəbəkəyə qoşulma müddətin 69 gündən 24 günə endirilib.

Son xəbərlər
Son Xəbərlər