Vahid Qazidən yeni kitab

vahid-qaziden-yeni-kitab-
Oxunma sayı: 635

Annotasiyada kitab belə təqdim olunur: “Yaddaş ləpirləri. Demokratiya yazıları”nda toplanan esselərin, məqalələrin izinə düşüb dünyanın dörd bir yanına getmək olar. Amma yol axırda gətirib eyni ünvana çatdıracaq səni. Bu dalğa səni Bosniyadan Cənubi Afrikaya, Krımdan Polşaya, Ukraynadan Qırğızıstana, Özbəkistandan Amerikaya aparıb eyni sahilə çıxaracaq. Ağdamdan Ağdərəyə, Şuşaya yön alıb yenə eyni yerə gələcəksən. Bu ünvan, bu sahil, bu yer – azadlıq dəlisi insandır. Sənsən, əziz oxucu...”

“Media forum” saytı xəbər verir ki, “MHS – poliqraf” nəşriyyatında işıq üzü görən kitaba ön sözü professor Cəmil Həsənli yazıb.

1968-ci ildə Ağdamda doğulmuş Vahid Qazi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiyasında çalışıb. “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri olub. “Toplum” dərgisinin baş redaktorudur. Ağdam xatirələrindən ibarət “Ruhlar şəhəri” kitabının müəllifidir.