Vaksin olunanların sayı açıqlandı

vaksin-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1338

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə 4 583 569, “buster” doza üzrə isə 964 613 nəfər təşkil edir.