Vaksin olunanların sayı açıqlandı

vaksin-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1364

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, “buster” doza üzrə isə 22 972 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə 4 709 352 nəfər təşkil edir. Ümumilikdə isə 1 716 041 “buster” doza vurulub.