Vaksin olunanların sayı açıqlandı

vaksin-olunanlarin-sayi-aciqlandi
Oxunma sayı: 882

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 200 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 25, ikinci doza üzrə 68 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 105 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.