“Vaksin vurulmadı, intihara cəhd etdim” dedi, yalan çıxdı

vaksin-vurulmadi-intihara-cehd-etdim-dedi-yalan-cixdi
Oxunma sayı: 1542

Bakıda 31 yaşlı qadın ona COVID-19 vaksini vurulmadığı üçün intihara cəhd etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Salyan rayon sakini, 1991-ci il təvəllüdlü S.Ə. polisə müraciət edib. O qeyd edib ki, 2 saylı şəhər poliklinikasında həkim tərəfindən ona vaksin vurulmamasına görə qollarını kəsib.

Araşdırma zamanı isə onun intihara cəhd etdiyi təsdiq olunmayıb. Qadın ona vaksin vurulduqdan sonra artıq şikayətinin olmadığını bildirib.