Vaksinasiya ilə bağlı son statistika

vaksinasiya-ile-bagli-son-statistika
Oxunma sayı: 2060

Azərbaycanda son sutkada koronavirus əleyhinə 29 559 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 011, ikinci mərhələ üzrə 12 548 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 383 303, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 158, ikinci mərhələ üzrə isə 4 323 145 nəfər təşkil edir.