Vaksinasiya ilə bağlı son statistika

vaksinasiya-ile-bagli-son-statistika
Oxunma sayı: 1213

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 197 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 348, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 451, üç və daha çox doza vaksin vurduranların sayı 2 170, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 228 nəfərdir.