Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1904

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 929 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 761, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 39 274 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 478 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 458, ikinci mərhələ üzrə 4 764 254 nəfər təşkil edir. Ümumilikdə isə 2 446 545 “buster” doza vurulub.