Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1649

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 272 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 124, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 62 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 478 529, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 267 544, ikinci mərhələ üzrə 4 764 378 nəfər təşkil edir. Ümumilikdə isə 2 446 607 “buster” doza vurulub.