Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1555, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 30 174 olub. Pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2102 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 756 794, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 283 131, ikinci mərhələ üzrə 4 773 574 nəfər təşkil edir. Ümumilikdə isə 2 508 085 “buster” doza vurulub. Pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 192 004 olub.

Son xəbərlər
Son Xəbərlər