Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1631

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 138, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.