Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 180 vaksin vurulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 322, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.