Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət
Oxunma sayı: 513

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 070, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 208 nəfərdir.