Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1027

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 709 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 131, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 364, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 57 nəfərdir.